Menu

Xəzərdə sərhədyanı yataqlar ikitərəfli saziş əsasında işlənməlidir - Rəsmi Moskva

12.05.2016, 00:06

xezer-deniziRusiya və Qazaxıstan arasında əməkdaşlıq buna yaxşı nümunə ola bilər

"Xəzəryanı dövlətlər arasında sərhədyanı yataqlar ikitərəfli sazişlər əsasında işlənməlidir".

"Report" xəbər verir ki, bunu "Caspian Energy" jurnalına müsahibəsində Rusiya prezidentinin Federasiya sərhədlərinin MDB-nin iştirakçı dövlətləri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.

"Bizim fikrimizcə, bu kimi yataqlar qonşu ölkələr tərəfindən onlar arasında sazişlər əsasında işlənməlidir. Rusiya və Qazaxıstan arasında əməkdaşlıq sözügedən sahədə qarşılıqlı fəaliyyətə yaxşı nümunə ola bilər", - deyə diplomat bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol