Menu

 "Barselona"nın ən uğursuz futbolçusu... 

12.05.2016, 00:37
 "Barselona"nın ən uğursuz futbolçusu... 

Siyahını nüfuzlu goal.com saytı tərtib edib.

İspaniya çempionatının ən uğursuz 11 futbolçusunun siyahını açıqlayıb. Ans press-in məlumatına görə, siyahıda Türkiyə yığmasının və "Barselona" klubunun yarımmüdafiəçisi Arda Turan da yer alıb. Siyahını nüfuzlu goal.com saytı tərtib edib.

Arda Turandan əlavə daha bir Kataloniya klubunun təmsilçisi Aleks Vidal da siyahıya daxil olub. “Real Madrid” klubunun 2 futbolçusu da “ən uğursuz 11"də yer alıb.

Bunlar Danilo və İskodur. Ən çox “Valensiya”nın futbolçuları siyahıya daxil olub. “Yarasalar”ın 3 futbolçusu ən uğursuz hesab olunub. Bunlar Aymen Abdennour, Andre Gomes və Neqredodur.

Pau Lopez - "Espanyol"un qapıçısı

Aleks Vidal - "Barcelona"

Aymen Abdennour, Andre Gomes və Neqredo - "Valensia"

Danilo və İsko - "Real Madrid"

Van der Vaart - "Real Betis"

Karlos Vela - "Real Sosyedad"

Lorente - "Sevilya"

İspaniya çempionatının “ən uğursuz 11" futbolçusunun siyahısı

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol