Toy Ramazan bayramından sonra Fransada olacaq.
Azərbaycanda da məşhur olan və çox sevilən türk müğənnisi Sibel Can ərə gedir. ANS PRESS-in məlumatına görə, populyar müğənni 6 ay əvvəl Monakoda tanış olduğu ingilis iş adamı ilə ailə qurmağa hazırlaşır. Cütülüyün toyu Ramazan bayramından sonra Fransada olacaq. Lakin bəyin gələcək həyat yoldaşının adı açıqlanmır.
"Toy Sibel Canın evində olacaq".
Cütlük artıq toy hazırlıqlarına başlayıb. Sibel Can xoş günündə geyinəcək gəlinlik paltarını belə seçib. İfaçı tanınmış dizayner Nur Yeriltaşa sifariş verib. Onun seçimi sadə don olacaq.
Məlumata görə, toy Sibel Canın Fransanın turistik bölgəsi Cote d’Azurdakı evində baş tutacaq. Müğənni tərəfindən 40 nəfər mərasimə dəvət olunacaq. Güman olunur ki, cütlüyün ancaq dostları və yaxın qohumları toyda iştirak edəcək.
Sibel Can ilk dəfə 1988-ci Hakan Ural ilə evlənib. Cütlük 1999-cu ildə boşanıblar. Bu evlilikdən onların iki övladı - bir oğlan və bir qızları var.
2000-ci ildə S.Can ikinci dəfə Sülhi Aksut ilə ailə qurub. Müğənnin ikinci ailə həyatı 10 il davam edib. Müğənnin bu evlilikdən bir oğlu var.
Əsl adı Sibel Cangüre olan sənətçinin atası bir çox məşhur solistə yoldaşlıq edən bir musiqiçi olub. 13 yaşında gələn təkliflə Viyanada oriental rəqqasə kimi səhnəyə çıxmağa başlayan Sibel Can atası ilə bərabər Türkiyədə və xaricdə etdiyi turlarda həm rəqqasəlik, həm də solistlik edib.


Şərhlər