Menu

Dağlıq Qarabağda daha bir erməni hərbçisi ölüb

12.05.2016, 10:01

esger ermeni cebheErmənistan Müdafiə Nazirliyi hadisənin baş vermə səbəbi araşdırır

Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində daha bir erməni hərbçisi ölüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, 1996-cı ildə anadan olan Martirosyan Armen Qrayroviç aldığı güllə yarasından ölüb.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi hadisənin baş vermə səbəbi araşdırır.

Qeyd edək ki, bəzi ekspertlər hesab edirlər ki, Ermənistan hakimiyyəti aprelin 2-5-də Dağlıq Qarabağda qoşunların təmas xəttində gedən döyüşlərdə ölən silahlılarının sayını gizlədib. Atəşkəs rejimi bərpa edildikdən sonra onları üzə çıxarmağa başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol