Hüquq müdafiəçisi Elşən Həsənov Müsavat Partiyasından istefa verib.
Bu barədə "Report"a E.Həsənov özü bildirib.
O bildirib ki, istefasına səbəb hazırkı partiya rəhbərliyinin yürütdüyü siyasətdir: "Gənclərlə, həmçinin bizimlə partiya rəhbərliyinin maraqları üst-üstə düşmür. Biz həmişə insan haqları, söz azadlığıma görə mübarizə aparmışıq. Partiyanın indiki rəhbərliyinin isə maraqları başqadır. Tuiral Abbaslı və digər gənclər Müsavat Partiyasından istefa verdi. Mən də onlarla həmrəy olaraq partiyadan istefa verirəm. Həmişə gənclərin yanında olmuşam, partiya rəhbərliyi isə gəncləri sıxışdırır".
E.Həsənov bundan sonra Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslının həmtəsisçisi olduğu "Ağ blok"a təmsil olunacağını qeyd edib.
Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayındaArif Hacılı228 səslə başqan seçilib. Digər namizəd Qubad İbadoğlu200 səslə ikinci, Tural Abbaslı isə 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə “Ağ blok” yaratdığını elan edib. Oda Müsavatdan istefa verib.

Şərhlər