Menu

Londonda antikorrupsiya sammiti keçiriləcək

12.05.2016, 11:55
Londonda antikorrupsiya sammiti keçiriləcək

AzPolitika.info xarici mənbələrə istinadla xəbər verir ki, Böyük Britaniyanın paytaxtı London şəhərində antikorrupsiya sammiti keçiriləcək. Sammitdə dünyanın 40 ölkəsindən olan siyasətçilər və beynəlxalq maliyyə institutlarının rəhbərləri iştirak edəcəklər.

Tədbirdə anitkorrupsiya məsələləri üzrə beynəlxlq əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olacaq. Bu mövzu oğurlanmış aktivlərin qaytarılması, mülkiyyətin benefisiarlaşdırılması, dövlət sifarişləri və maliyyə şəffaflığı problemlərini özündə ehtiva edir.

Bundan başqa ofşor məsələsinin də əhəmiyyətli mövzu kimi müzakirə olununacağı gözlənilir. Sammit ərəfəsində 30 ölkədən olan 300-dən artıq iqtisadçı belə bir təkliflə çıxış edib ki, ofşorlardakı şirkətlərin məhz kimlərə məxsus olduğu barədə məlumatlar açıqlansın. Təklif müəllifləri Britaniyanın baş nazirinə ünvanladıqları məktubda qeyd edirlər ki, belə «səlahiyyət»lərin mövcudluğunun özünə heç bir səbəb yoxdur.

Bu məsələ ilə bağlı «Tayms» qəzeti yazır ki, dünya ofşor mərkəzlərinin 1/3-i üzərində Britaniyanın suverenliyi qlobal korrupsiya ilə mübarizə aparmaq istiqamətində ona unikal imkanlar yaradır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol