“Barselona” klubunun sabiq prezidenti "Kral klubu"nu tənqid edib.
“Barselona” klubunun sabiq prezidenti Joan Qaspar maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Ans press-in məlumatına görə, Qaspar Kataloniya klubunun əzəli rəqibi “Real Madrid” tənqid edib. Omnun sözlərinə görə, Madrid klubu “Barsa”nın işini çətinləşdirmək üçün əlindən gələni edir. Söhbət Real Madridin mayın 14-də keçiriləcək Barselona-Qranada mayçının nəticələrinə təsir etmək istəməsindən gedir.
"Madrid klubu “Barsa”nın işini çətinləşdirmək üçün əlindən gələni edir".
"Üçüncü klub tərəfindən mükafat vəd olunmasına aydın sübutlar olsa, həmin klubu cəzalandırmaq mümkündür. "Real Madrid"ın etdiyi yeganə şey futbola zərər vurmaqdır. "Qranada" klubunun futbolçularının yerində özümü təhqir olunmuş hiss edərdim. Çünki mükafat almağın altında satın alınmaq durur. Bu kampamiya qəbul edilməzdir. Mən isə futbola və onun düzgünlüyünə inanıram".
İspaniya çempionatında 2 gündən sonra çempion məlum olacaq. “Barselona” turnir cədvəlində liderdir. Kataloniya klubu “Real Madrid”dən 1 xal irəlidədir. “Barsa” turun sonuncu oyununda “Qranada” ilə qarşılaşacaq. Katalonlar qalib gələcəyi halda çempion olacaq. “Kral klubu”isə səfərdə “Deportivo” ilə üz üzə gələcək. Madridlilər matçda qalib gəlib “Barsa”nın məğlub və ya heç etməsini dua edəcəklər.


Şərhlər