Hər il 7 milyon vaxtından əvvəl ölüm faktının 3 milyonu hava çirklənməsi ilə bağlıdır.
Dünyanın bir çox ölkələrində havanın tərkibi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi standartlara cavab vermir. ANS PRESS-in məlumatına görə, bu haqda ÜST-ün bu gün dərc edilən illik hesabatında deyilir. Hesabata görə, əsas riskə əhalinin az gəlirləri olan şəhər sakinləri məruz qalırlar.
Araşdırma 2008-2014-cü illərdə 103 ölkədə aparılıb. Nəticələrə görə, kasıb ölkələrin 100 mindən çox əhalisi olan şəhərlərinin 98% faizində havanın tərkibi standartlara uyğun deyil. Eyni zamanda zəngin ölkələrdə bu göstərici 56% təşkil edir. 6 il ərzində isə dünyada havanın çirklənməsi 8% artıb.
ÜST-ün məlumatına görə, hazırda dünyanın ən çirkli havası olan şəhər İranın cənub-şərqində yerləşən Zaboldur. Havada diametri 2,5 mm olan (P2,5) xırda sərt hissəciklərin illik orta səviyyəsi bir kub metrə 217 mikroqram təşkil edir. ÜST standartlarına görə, bu göstərici 1 kub metrə 10 mikroqram təşkil etməlidir.

Şərhlər