Menu

Əfqanıstanda 6 "Taliban" döyüşçüsü öldürülüb

12.05.2016, 22:27

İŞİD-1Döyüş zamanı 10 talibançı yaralanıb

Əfqanıstanın şimalında təhlükəsizlik qüvvələri ilə "Taliban" döyüşçüləri arasında baş vermiş silahlı toqquşmada 6 "talibançı" öldürülüb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, toqquşma "talibançı"ların polis bölməsinə hücumundan sonra yaranıb.

Döyüş zamanı 10 "talibançı" və təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı yaralanıb. Yaralananlardan birinin Özbəkistan vətəndaşı olduğu bildirilir.

"Taliban" isə döyüş nəticəsində bir polis əməkdaşının öldürüldüyünü, 3 silahlının yaralandığını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol