Ermənistan ordusundakı böhranın, istefaların ardınca polisdə sistemində də kritik vəziyyət yaranıb. Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, mayın 12-də Ermənistan polisində yüksək post tutan iki şəxs postundan uzaqlaşdırılıb. Onlar Lori vilayətinin polis şöbəsinin rəis müavini Ara Karapetyan və Quqark rayonunun polis şöbəsinin rəisi Artur Şahverdiyandır.
Polis zabitlərinin qovulması ölkədə müxtəlif şayiələrə səbəb olub. Ermənistan polisinin mətbuat xidmətindən isə ölkə mətbuatına bildirilib ki, bu dəyişikliklər polis sistemindəki kadr siyasəti ilə bağlıdır.
Aprel döyüşlərində məğlubiyyətə düçar olan Ermənistanın güc strukturlarında son zamanlar təlatümlər yaşanır. Erməni generallarının işdən qovulmasının ardınca bu gün Ermənistan ordusunun avtonəqliyyat xidmətinin rəisi, polkovnik David Abramyan həbs edilib. Polis rəhbərliyində həyata keçirilən dəyişikliklərin isə bu ərəfəyə təsadüf etməsi ortaya suallar çıxarır. Qeyd edək ki, iki gün əvvəl erməni mətbuatı Ermənistan polisinin Qarabağa qüvvələr göndərdiyini yazmışdı.


Şərhlər