«O, Krımın prokuroru Poklonskayanın seks videosunu şərh etməkdə daha «səlahiyyətli» göründü»
Rusiya KİV-nin yaydığı məlumata görə, ölkənin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, həkim olmadığı üçün Türkiyə prezidenti Rəcəb Ərdoğanın «Qara dəniz rus gölünə çevrilir» fikrini şərh edə bilməz (TASS).
Jurnalistin sualına cavab olaraq, «bilirsiniz, mən həkim deyiləm» deyən bu xanım həddini aşıb. Nədən k, bu cümlənin sətiraltı mənası «O, xəstədir» deməkdir...
Bundan əvvəl, mayın 11-də Türkiyə KİV-i Qara dəniz haqqında prezident Ərdoğandan sitat gətirərək, xəbər verimişdilər ki, prezident bu mövzunu iyulun 8-9-u tarixlərində NATO-nun Varşavada keçiriləcək sammitində müzakirəyə çıxarmaq niyyətindədir.
Beləliklə, rusiyalı diplomatın davranışından iki məntiqi nəticə çıxarmaq olar: Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Maroiya Zaxarova ya beynəlxalq etiket qaydalarından xəbərsizdir, ya da həddini aşaraq bu qaydalara meydan oxuyur.
Belə «diplomatiya»nın Rusiyaya nə qədər fayda gətirəcəyini söyləmək çətindir. Bununla belə, Mariya Zaxarovaya bir ismarıc göndərmək də pis olmazdı: Belədə, Siz Krımın prokuroru Poklonskayanın bir zənci ilə seks videosunu şərh etməkdə daha səlahiyyətli görünürsünüz!
Mirzə AĞ
AzPolitika.info


Şərhlər