Menu

​ABŞ-ın xüsusi təyinatlıları Liviya bazalarına yerləşdirilib

13.05.2016, 09:07
​ABŞ-ın xüsusi təyinatlıları Liviya bazalarına yerləşdirilib

ABŞ-ın xüsusi təyinatlı hərbi dəstələri Liviyanın şərqində və qərbində İŞİD-ə qarşı əməliyyat məqsədilə iki dayaq bazası yaradıb. "Report" xəbər verir ki, ABŞ administrasiyasındakı mənbələrə istinadən "Washington Post" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ hərbçiləri ölkənin qərbində, paytaxt Tripolinin yaxınlığında sahilboyu Misrata şəhərində və şərqdə Benqazində dayaq məntəqələri - postlar qurub.

İŞİD döyüşçülərinin qalası Sirt məhz bu şəhərlərin arasında yerləşir. Qəzet qeyd edir ki, söhbət sayları 25 nəfəri ötməyən iki kiçik kontingentdən gedir.

Rusiya kəşfiyyatının məlumatına görə, Liviyada İŞİD-in təxminən 6 min terrorçusu fəaliyyətdədir. Sirt və Aralıq dənizi sahili boyunda strateji ərazi İŞİD-in nəzarəti altındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol