Türkiyənin Diyarbəkir vilayətində baş vermiş partlayış nəticəsində yaralananların sayı 17 nəfərə çatıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb.
Partlayışın PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi və ölənlərin terrorçu olduğu bildirilir.
Partlayış o qədər güclü olub ki, hadisə yerində 5 metr dərinliyi, 30 metr eni olan çuxur yaranıb.
Yaralılar xəstəxanalara aparılıblar.


Şərhlər