Menu

​Türkiyədə terrorçularla atışma: 8 hərbçi şəhid oldu

13.05.2016, 10:18
​Türkiyədə terrorçularla atışma: 8 hərbçi şəhid oldu

Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunun Çığılı bölgəsində terrorçu PKK qruplaşmasının silahlıları ilə hərbçilər arasında baş verən atışma nəticəsində 6 əsgər şəhid olub, 8-i yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Atışma gedən əraziyə terrorçulara qarşı mübarizəyə cəlb edilən helikopterin qəzaya uğraması nəticəsində iki pilot da həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol