Şamaxı Rayon Məhkəmə Tibb Ekspertizası Pirbəhli kənd sakinin başına gətirilən biabırçı olayla bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirib.
Məhkəmə tibb eksperti Məmməd Abdulrahibov AzNews.az-a açıqlamasında 9-cu sinif şagirdinin müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını təsdiqləyib: “Mən həmin şagirdlə bağlı rəyimi yazıb komissiyanın iştirakı ilə təqdim etdim. Rəydə bildirilir ki, şagird hazırda bakirədir. Ancaq şagirdə qarşı əxlaqsız hərəkətlər olunub. 15 yaşlı şagird seksual xarakterli hərəkətlər yolu ilə hamilə qalıb. Bu yolla hamilə qalmaq mümkündür. Qız bakirə olsa da, doğuşa az qalıb”.
Məktəblinin İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb-qalmamasına gəlincə M.Abdulrahibov bildirib ki, bu barədə məlumata malik deyil: “Qızın kimdən hamilə qalması artıq müstəntiq araşdırmasıdır”.
* * *

“Hazırda hüquq-mühafizə orqanlarında işə baxılır. Prokurorluğun müvafiq qərarından sonra nəticələr barədə geniş açıqlama veriləcək”.
Qurum rəsmisi təhsil naziri Mikayıl Cabbarovun məsələni nəzarətə götürdüyünü vurğulayıb:
“Hazırda Şamaxı rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev Bakıda nazir Mikayıl Cabbarovun qəbulundadır. Hadisə necə olub, həkim hansı rəyi verib, bilmirəm...
Hazırda cənab nazirin göstərişinə uyğun olaraq, həmin məktəbə gedirəm. Məktəb direktoru və müəllimlərin, məktəbin həmkarlar təşkilatının izahatı alınacaq. Araşdırmalardan sonra nazirin göstərişinə uyğun qərar qəbul ediləcək”.
Qeyd edək ki, rayonun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir.
Məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun mane olduğu bildirilir.
Belə ki, müəllimin səyi nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib.
Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.


Şərhlər