Menu

İbrahimoviç PSJ klubundan ayrılır

13.05.2016, 12:45

Sabah Park de Prensdə sonuncu oyunum olacaqPlayer-Profile-Zlatan-Ibrahimovic

İsveç milli komandasının futbolçusu Zlatan İbrahimoviç mövsümün sonunda Fransanın PSJ klubunu tərk edəcəyini təsdiqləyib. "Report"un məlumatına görə, bu barədə 35 yaşlı hücumçu "Twitter" hesabında yazıb.

"Sabah "Park de Prens"də sonuncu oyunum olacaq. Kral kimi gəldim, əfsanə kimi gedirəm" deyə İbrahimoviç bildirib.

Təcrübəli qolçunun PSJ ilə hazırkı müqaviləsi yayadək nəzərdə tutulub. O, 2012-ci ildən çıxış etdiyi Paris komandasında 178 oyuna 152 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol