Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlu ilə xüsusi görüşündə gələcək baş nazirin adını açıqlayıb. Artıq bir müddətdir ki, Türkiyənin gündəmini zəbt edən “aşağı profilli” gələcək baş nazirin kim olduğunu söhbət əsnasında Ərdoğan özü açıqlayıb.

TBMM-də toplantıya qatılan nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırımı AKP-li vəkillər sədr və baş nazir kimi qarşılayıb.


Yüksək əhval-ruhiyydə olan Binəli Yıldırım jurnalistlərin mövzu ilə bağlı sualına “indilik danışma zamanı deyil” – deyə cavab verib.


AKP-yə sədr olacaq şəxsin adının 20-21 may tarixlərində açıqlanacağı bildirilir. Binəli Yıldırımın adının baş nazir kimi dəqiqləşdiyi görünsə də, Bəkir Bozdağ, Berat Albayraq, İsmət Yılmaz, Numan Qurtulmuş, Mehmet Müəzzinoğlunun da adları gələcək sədr kimi hallanır.


Şərhlər