Mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Ərəbli Rahil Rafiq oğlu şəhid olub.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Azərbaycan Hərbi Qüvvələrinin əsgəri, 1996-cı il təvəllüdlü olub. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsindən hərbi xidmətə çağırılmışdı.
Şəhid əsgər az öncə Şirvan şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.


Şərhlər