Menu

Polşa Rusiyanı ittiham edir! - Sərhədin «Dron»larla kütləvi pozulmasına görə

13.05.2016, 19:05
Polşa Rusiyanı ittiham edir! - Sərhədin «Dron»larla kütləvi pozulmasına görə

AzPolitika.info xarici mənbələrə istinadla xəbər verir ki, Polşa hökuməti pilotsuz uçan aparatlarının ölkə sərhədlərini kütləvi halda pozması səbəbilə Rusiyanı ittiham edib (İzvestiya.ru).

Polşanın müdafiə naziri Antoni Maçereviç bəyan edib ki, 2015-ci il ərzində Rusiyaya məxsus pilotsuz uçan aparatlar Kalininqrad vilayəti səmtindən ölkəsinin hava sərhədini dəfələrlə pozub.

Nazir əmin edib ki, onun nazir postuna təyin olunmasından sonra sərhəd «kifayət qədər möhkəmləndirilib» və indi uyğun hallar tək-tək baş verir. Polşalı nazir bunları «TVP» telekanalına (Polşa) danışıb.

Maçereviçin bu ittihamı Britaniya qırıcılarının havaya qalxaraq, Baltik dəizi üzərində Rusiya təyyarələrini müşaiyət etməsi barədə xəbərin yayıldığı fonda səslənib.

Britaniya hərbçilərinin bəyanatına görə, Estoniyanın Amari aviabazasındakı Britaniya hərbçiləri iddia edirlər ki, Rusiyaya məxsusluğu ehtimal edilən həmin 3 təyyarə sorğulara cavab verməyib, onların eyniləşdirmə nomrəsini isə müəyyən etmək mümkün olmayıb.

Bununla bərabər, Böyük Britaniyanın müdafiə naziri sözügedən nəqliyyat təyyarələrinin bu uçuşunu «Rusiya tərəfdən təcavüzün təzahürü» kimi dəyərləndirib. O, insidentin nə vaxt baş verdiyini şərh etməkdən yayınıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol