Xarici KİV-in yaydığı məlumata görə, Braziliya prezidentinin səlahiyyətlərini icra edən Mişel Temer yeni nazirlər kabinetini təyin edib. Bu zaman, hökumət idarələrinin sayı 32-dən 24-ə endirilib («Exo Moskvı»).
Yeni vəzifəsinin icrasına başlayan Temer nazirləri milli xilas hökumətinə çevrilməyə çağırıb.
Xatırladaq ki, dünən Braziliya parlamentinin yuxarı palatası dövlət başçısı Dilma Russefi müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırıb.
Yaxın 180 gün ərzində senatorlar ittihamı araşdırmalı və impicment (prezidentə inamsızlıq) barədə qərar qəbul etməlidirlər.
AzPolitika.info


Şərhlər