Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yol qəzası baş verib.
AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Bakı sakini, 38 yaşlı Xəyal Məmmədov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə Seyfəli kəndindən Nərimanlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini dərəyə aşırıb. Bu zaman sürücü və avtomobildə olan sərnişin xəsarətsiz xilas ola biliblər. Qəzadan sonra avtomobil anidən yanmağa başlayıb.
Hadisə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub, görülən tədbirlərə baxmayaraq, avtomobil yanaraq külə dönüb. Hazırda yerli hüquq mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.

Şərhlər