Menu

DİN ağır yol qəzası ilə bağlı məlumat yaydı

14.05.2016, 11:39

yol-polisi-qezaDaxili İşlər Nazirliyi (DİN) Astarada iki nəfərin ölümü, doqquz nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası haqda rəsmi məlumat yayıb.

Mayın 13-də saat 10 radələrində Astara rayonunun Çayoba kəndində Xaçmaz rayon sakini Vüsal Xudaverdiyevin idarə etdiyi “KamAZ” və Astara rayon sakini Qalib Əliyevin idarə etdiyi “Mercedes-Benz” markalı (mikroavtobus) avtomobillər toqquşub, hər iki avtomobil aşıb, V.Xudaverdiyev hadisə yerindən qaçıb.

Nəticədə Q.Əliyevin sərnişinlərindən rayon sakinləri Yeganə Əliyeva və Ramil Quliyev hadisə yerində ölüb, digər 9 sərnişini xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Xudaverdiyev tutulub.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol