Menu

İran Suriya və İraqa 100 hərbi məsləhətçi göndərdi

14.05.2016, 13:17

iran_army_200410İran İslam İnqilabının Mühafizəsi Korpusu üçün zabit hazırlayan İmam Hüseyn Universitetinin rəisi Murtəza Səfəri təhsil ocağından 100 nəfər hərbi məsləhətçinin İraq və Suriyaya göndərildiyini deyib.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, hərbi məsləhətçilər 3 ay müddətində Əsəd və İraq hökumət ordusuna yardım edəcəklər.

Bundan əvvəl, İran Suriyadakı hərbi məsləhətçilərinin sayını kəskin artıracağını bəyan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol