Menu

Ukrayna Rusiyadan təzminat tələb edir

26.03.2014, 19:52
Ukrayna Rusiyadan təzminat tələb edir

Ukraynanın xarici işlər naziri Andrey Deşiça Rusiyanın fəaliyyətini Ukraynanın nüvə təhlükəsizliyinə qarşı böyük təhdid sayır.Məsələ ilə əlaqədar olaraq Deşiça mətbuta bildirib:

“Mən əmin edə bilərəm ki, Ukrayna hökuməti öz nüvə obyektlərini və həmçinin rusdilli əhalini qorumaq üçün istənilən gücə malikdir, bundan ötrü başqalarına ehtiyac duymuruq”.

Digər tərəfdən isə Ukrayna Krımdakı texnikasının sıradan çıxarılması ilə bağlı Rusiyadan təzminat tələb edir. Ukrayna müdafiə nazirinin müavini Leonid Polyakov bu məsələ ilə əlaqədər beynəlxalq məhkəməyə müraciət edəcəklərini bəyan edib. Bir gün əvvəl isə Ukraynanın keçmiş müdafıə naziri admiral İqor Tenyux bidirmişdi ki, Krımda Ukrayna ordusuna məxsus 11 milyard dollarlıq əmlak qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol