Moskvada kütləvi davada iştirak edən 50 nəfər saxlanılıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, davada 200 nəfər iştirak edib.
Hadisə nəticəsində 10 nəfər xəsarət alıb, iki nəfər ölüb.
Rusiya İstintaq Komitəsi atışma nəticəsində iki nəfərin ölüm faktını təsdiqləyib. Eyni zamanda hüquq-mühafizə orqanlarındakı mənbə dava zamanı polis əməkdaşının ölməsi ilə bağlı yayılmış xəbəri təkzib edib.


Şərhlər