Menu

Rusiya Özbəkistan və Tacikistanla viza rejimi tətbiq edə bilər

14.05.2016, 21:52
Rusiya Özbəkistan və Tacikistanla viza rejimi tətbiq edə bilər

Rusiya parlamentinin yuxarı palatasının — Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik komitəsi sədrinin birinci müavini Yevgeni Serebrennikov bəzi MDB ölkələri ilə viza rejiminin tətbiqinin zəruriliyini qeyd edib.Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, Serebrennikov miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinin vacibliyini bu gün Moskvanın Xovan qəbristanlığında baş verən hadisələrin təkrarlanmasının profilaktikası ilə izah edib.

Moskva polisi xəbər verir ki, Rusiya paytaxtında bu gün baş vermiş kütləvi davada təxminən 200 nəfər iştirak edib, onlardan 50 nəfəri saxlanılıb. İlkin məlumatlara görə, münaqişə sözügedən qəbristanlığa nəzarət üzündən baş verib. Müdafiə olunan tərəf qəbristanlıqda çalışan Özbəkistan və Tacikistan vətəndaşları, hücum edənlər isə buranı nəzarətləri altına almaq istəyən Çeçenistan və Dağıstan əsilli Rusiya vətəndaşları olub.

Səhiyyə işçilərinin məlumatına əsasən, kütləvi dava nəticəsində 3 nəfər həlak olub, 23 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol