Menu

Dərbənddə xüsusi əməliyyat zamanı dörd silahlı öldürülüb

14.05.2016, 23:02

antiterror-emeliyyatiDərbənddə çoxmərtəbəli binada mövqe tutmuş silahlılara qarşı keçirilmiş xüsusi əməliyyat zamanı dörd silahlı öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə polisdəki mənbə bildirib.

“Əməliyyat başa çatıb. İlkin məlumata görə, mənzildə mövqe tutmuş dörd silahlı məhv edilib. Daha dəqiq məlumat xüsusi təyinatlılar mənzilə daxil olduqdan sonra bəlli olacaq”, - deyə mənbə bildirib.

Məlumata görə, atışma zamanı 15 polis yaralanıb, 2-si həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol