Menu

Türkiyədə azarkeşlər stadionu yandırdılar

15.05.2016, 00:24
Türkiyədə azarkeşlər stadionu yandırdılar

Şənbə günü Türkiyə futbol çempionatında Superliqanın 33-cü turunun oyunları keçirilib.

Virtualaz.org «CNN Türk»ə istinadən xəbər verir ki, Eskişehirdə yerli komanda «Başakşehir»lə oyunda uduzduqdan sonra stadionda azarkeşlər iğtişaş törədiblər.

Superliqanı tərk etmək məcburiyyətində qalan komandanın fanatları stadionda bəzi oturacaqlara od vurub, xeyli oturacaq sındırılıb. Yüzlərlə qəzəbli azarkeş meydançaya axışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol