Xarici KİV-in məlumatına görə Amerikanın ən varlı adamlarından biri olan kazino sahibi Şeldon Adelson seçkiqabağı kampaniyasını aparmaq üçün Respublikaçılar partiyasından prezidentliyə namizədliyini demək olar, təmin etmiş Donald Trampa 100 milyon dollar vermək fikrində olduğunu bildirib.
Kazino sahibi «The New York Times» qəzetinə bildirib ki, bu vəsaiti köçürməyə hazırdır.
Qəzetin məlumatına görə, Tramp və Adelson bu həftə görüşərək, əlavə ianə məsələsi barədə razılığa gəliblər.
Bu kömək Tramp üçün lap yerinə düşür. Belə ki, o, indiyə qədər seçkiqabağı kampaniyasını özü maliyyələşdirirdi, həm də kifəyət qədər iri məbləğlərlə. Bu yaxınlarda miliarder ehtimal səsləndirib ki, seçkiqabağı kampaniyası üçün ona əlavə olaraq, 1 milyard dollar da lazım olacaq.
Məlumat üçün bildirək ki, 82 yaşlı Adelson Las-Veqasda (Nevada ştatı) fəaliyyət göstərən «Sandos» adlı kazinonun sahibidir və Respublikaçılar partiyasının nəhəng donoru sayılır. O, 2012-ci ildə partiyanın ehtiyacları üçün 98 milyon dollar vəsait ayırıb.
AzPolitika.info


Şərhlər