Menu

Türkiyədə terrorçular bu dəfə polis və jandarm binalarına basqın etdilər

15.05.2016, 12:16
Türkiyədə terrorçular bu dəfə polis və jandarm binalarına basqın etdilər

Mayın 15-nə keçən gecə Türkiyənin Şırnak vilayətində PKK terrorçuları bir neçə ünvana eyni zamanda hücum təşkil edib.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, vilayətin polis idarəsinə, jandarma bölməsinə, hərbçi və polislərin cəmləşdiyi məktəblərə və qonaq evinə raket və atıcı silahlarla hücum olub. Təhlükəsizlik qüvvələrinin dərhal reaksiya verməsi ilə atışma başlayıb.

İlkin məlumata görə, atışma zamanı 6 polis yaralanıb. 2 terrorçu isə öldürülüb.

Şırnakda hazırda küçə döyüşləri davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol