Menu

Bakıda türkiyəli biznesmenə qarşı cinayət

15.05.2016, 20:44
Bakıda türkiyəli biznesmenə qarşı cinayət

Bakıda fəaliyyət göstərən türkiyəli biznesmen üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.Lent.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsinə müraciət edən Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Güntekin Bayram Şevket oğlu 6890 manatının mənimsənildiyini bildirib.

Şikayətçi qeyd edib ki, 2014-cü ilin 12 fevral tarixində İsmayıl İnam adlı şəxs ona məxsus olan və Ziya Bünyadov prospektində yerləşən "Yavuzlar" inşaaat materialları mağazasından xeyli mal götürüb. Lakin həmin şəxs borcunu 2 ildən artıqdır ki, ödəmir. Müraciət əsasında araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol