Menu

Dmitri Roqozindən səviyyəsiz "Eurovision" açıqlaması

15.05.2016, 21:12
Dmitri Roqozindən səviyyəsiz "Eurovision" açıqlaması

Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin Ukraynada keçiriləcək növbəti "Eurovision 2017" müsabiqəsinə “Leninqrad” qrupunun lideri Sergey Şnurovun göndərilməsini təklif edib.

ANS PRESS-in məlumatına görə, siyasətçi öz “Twitter” səhifəsində bildirib ki, rusiyalı rok-musiqiçinin qalib gəlib-gəlməməsi önəmli deyil, əsas odur ki, o qarşısına çıxan hər kəsi söyəcək.

“Leninqrad” qrupunun lideri Şnurov isə öz "İnstaqram" səhifəsində onu “Eurovision” musiqi yarışına göndərmək istəyənlərə cavab verib.

“Gör nə günə qalmışıq ki, 140 milyon vətəndaşdan yalnız bir nəfər kimlərinsə cavabını verə bilər. Ən dəhşətlisi isə budur ki, bu sözləri nüvə dövlətinin baş nazirinin müavini söyləyir”, - deyə Şnurov ona atılan atmacalara sərt şəkildə reaksiya verib.

Dmitri Roqozin - Rusiyanın baş nazirinin müavini

Dmitri Roqozin - Rusiyanın baş nazirinin müavini

Sergey Şnurov  "Leninqrad" qrupunun lideridir. O, rok və ska-pank janrında mahnılar ifa edir. Onun ifa etdiyi mahnılarının mətnində həddindən artıq söyüşlər yer alır.

Посмотреть изображение в Твиттере

Посмотреть изображение в ТвиттереŞnurovun Eurovisiona göndərilməsi haqqında bu təklif yeni fikir deyil. Hələ 2014-cü ildə  change.org saytı “Leninqrad” qrupunun liderini  bu yarışa göndərmək üçün imza toplayıb. Petisiya 9 min insan tərəfindən imzalansa da, musiqi müsabiqəsində Rusiyanı Polina Qaqarina “A Million Voices” mahnısı ilə təmsil edərək 2-ci yer tutmuşdu.

Camala - Ukrayna təmsilçisi

Camala - Ukrayna təmsilçisi

15 may gecə saatlarında  İsveçin paytaxtı Stokholmda baş tutan “Eurovision 2016” musiqi müsabiqəsinin qalibi 534 xalla Ukrayna təmsilçisi Camala olub. 2- ci yerdə 511 xalla Avstraliya təmsilçisi Dami İm “Sound of Silence” mahnısı ilə, 3-cü yer də isə 491 xalla Rusiya təmsilçisi Sergey Lazarev “You are only” mahnısı ilə qərarlaşıb.

61-ci "Eurovision2016" beynəlxalq mahnı müsabiqəsinin finalında çıxışı zamanı Avstraliya təmsilçisi Demi İm

Ukrayna təmsilçisi Camalanın ifa etdiyi mahnı 1944-cü ildə krım tatarlarının deportasiya olunmasından bəhs edib. Ukraynanın yarışda ilk yeri tutması böyük rezonansa səbəb olub. Krımın baş nazirinin müavini Dmitri Polonski Kiyevin maliyə imkanlarını istehza ilə xatırladaraq yaraışın keçirilməsi üçün ölkənin qərb vilayətinin satılmasını təklif edib. Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk isə qazandığı uğur münasibəti ilə Camalanı təbrik edərək Krımın yenidən qaytarılacağına əmin olduğunu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol