Xarici KİV-in məlumatına görə, Salvador hakimiyyəti, başda prezidentin səlahiyyətlərini icra edən Mişel Temer olmaqla, Braziliyanın yeni hökumətini tanımaqdan imtina edib və bu ölkədəki səfirini geri çağırıb («TASS»). Şənbə günü bu barədə Salvador dövlətinin başçısı Salvador Sançes Seren bəyan edib.
Salvador hakimiyyəti ötən cümə günü Braziliyadakı səfirini məsləhətləşmələr məqsədilə geri çağırdığını elan edib.
«Biz qərara aldıq ki, Braziliyanın yeni hökumətini tanımayaq və səfirimizdən vətənə qayıtmağı xahiş etdik» - deyə, Seren özünün «Tvitter» səhifəsində yazıb. Elə həmin gün bundan bir qədər əvvəl Braziliyada yaranmış vəziyyətlə bağlı Salvador xarici işlər nazirliyinin rəsmi bəyanatı yayılıb. Bəyanatda qeyd edilir ki, Dilma Russefin prezident vəzifəsindən kənarlaşdırılması «siyasi manipulyasiyanın dəqiq təzahürləri»ni ehtiva edir və «dövlət çevrilişi» sxemi üzrə sıralanıb.
AzPolitika.info


Şərhlər