Menu

Turçinov Ukrayna xalqına müraciət etdi 

27.03.2014, 13:06
Turçinov Ukrayna xalqına müraciət etdi 

Ukraynada prezident vəzifələrini icra edən Aleksandr Turçinov Ukraynanı böhrandan çıxarmalı olduqlarını deyib

Müvəqqəti olaraq Ukraynada prezident vəzifələrini icra edən Aleksandr Turçinov may ayının 25-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar televiziya ilə xalqa müraciət edib. Turçinov çıxışı zamanı seçkilərin ədalətli şəkildə baş tutacağına vəd verib və namizədləri təmiz rəqabət aparmağa çağırıb. "Seçkilərlə əlaqədar təşviqat kampaniyası təhqirlər mübadiləsi deyil, qurucu proqramların mübadiləsi olmalıdır. Biz Ukraynanı düşdüyü böhrandan çıxarmalıyıq".

Ölkənin baş naziri Arseniy Yatsenyuk isə avropalı rəsmilərlə görüşündə növbəti dəfə hərbi qüvvələrin döyüş hazırlığına diqqət çəkib və qeyd edib ki, ölkə Rusiya ilə müharibə olacağı təqdirdə zorakı qüvvələrə layiqli cavab verməyi bacarmalıdır.

(ANS PRESS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol