Menu

DYPİ-nin şöbə rəisi işdən çıxarıldı

16.05.2016, 13:12

BDYPI bina 090112Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

“Report” xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəisi polkovnik-leytenant Müslüm Quliyev vəzifədən azad edilərək Xətai RPİ-nin İstintaq şöbəsinin rəisi təyin edilib.

Xətai RPİ-nin İstintaq şöbəsinin rəisi polkovnik-leytenant Vüqar Əhədov isə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstintaq və Təhqiqat Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. V.Əhədov bu vəzifəyə işdən çıxarılmış Hikmət Kərimovun yerinə təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol