İranda 8 nəfər İnstagram-ı “mənəviyyatsız” şəkillərin yayılmasında istifadə etdiyi üçün həbs olunublar. Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə Tehranın kompüter cinayətləri ilə bağlı məhkəmənin hakimi Cavab Babayi məlumat verib.
2 il davam edən “Hörümçək II” məliyyatı çərçivəsində İnstagram-larında hicabsız şəkillər yerləşdirən iranlı xanımlar da yaxalanıb.
Ümumilikdə, işlə bağlı fotoqraf, qrim ustası, model və gözəllik salonlarının menecerlərindən ibarət 170 nəfərlik qrup yaxalanıb. Məlumata görə Facebook, Twitter və Youtube-dən fərqli olaraq İnstagram İranda qadağan olunmayıb.


Şərhlər