Menu

ABŞ-ın kəşfiyyat təyyarəsi Rusiya sərhədinə yaxınlaşıb

16.05.2016, 16:08
ABŞ-ın kəşfiyyat təyyarəsi Rusiya sərhədinə yaxınlaşıb

Rusiya KİV-nin yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi-kəşfiyyat təyyarəsi Rusiya sərhədinə yaxınlaşıb («Exo Moskvı»).

Xəbərdə deyilir ki, artıq bu insident ötən həftə ərzində beşincidir. İsveç saytlarının yazdığına görə, təyyarə Baltik dənizi üzərində tapşırıqları yerinə yetirir və birbaşa Kalininqrad vilayəti səmtində uçur.

Jurnalistlər təsdiqləyirlər ki, təyyarənin transponderi işçi vəziyyətdə olduğundan, onu radarda ayın görmək olur.

«İnterfaks»ın məlumatına görə, təyyarəni «tutmaq» üçün Rusiyanın Su-27 qırıcı təyyarəsi havaya qaldırılıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol