Menu

NATO-dan Rusiyaya müharibə xəbərdarlığı

16.05.2016, 21:38
NATO-dan Rusiyaya müharibə xəbərdarlığı

Rusiya müdafiə naziri Alyansın xəbərdarlığına cavab verib.

Rusiya təcavüzkar siyasətini davam etdirəcəyi təqdirdə NATO bu ölkəyə qarşı müharibə elan edəcək. Ans press-in məlumatına görə, bu barədə NATO-nun müttəfiq qüvvələri baş komandiri general Kurtis Skaparrotti bildirib.

Skaparrottinin sözlərinə görə, Rusiya bütün beynəlxalq normalara meydan oxuyaraq, təcavüzkar siyasətini davam etdirir. Elə bu səbəbdən NATO Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib.

Curtis Scaparrotti -NATO müttəfiq qüvvələri baş komandiri

Skaparrotti Rusiyanın təcavüzkar siyasətini hədəf alan açıqlamasına Moskvadan cavab gəlib. Rusiya müdafiə naziri Sergey Şoyqu, NATO-nun Rusiya sərhədindəki qüvvələrini artırmaq cəhdləri qarşısında cavab tədbirlərinin görüləcəyini bildirib. İkisi ölkənin qərbində, biri cənubunda olmaqla üç yeni hərbi diviziyanın yaradıldığı məlumatını verən Şoyqu, daha çox detal haqqında məlumat verməyib.

NATO Rusiya sərhədinə qoşun yollayır

Lakin rus mənbələrinin verdiyi məlumata görə, yaxşı silahlanmış NATO qoşunlarına qarşı sürətli köçürülə bilən mobilizə kiçik hərbi birliklərlə müdafiə xətti yaradılıb. Müasir mexanikləşdirilmiş piyadalar, tank, panzer, zenit raketləri, topçu alayları, kəşf və elektron hərb daxil olmaqla bir çox fərqli tabur bir-birini dəstəkləyəcək şəkildə üç sahədə yer alacaq.

Sergey Şoyqu -Rusiyanın müdafiə naziri

ABŞ-ın üçüncü divizionunu Avropada yerləşdirmə məsələsində Vaşinqtonu razı salmağa çalışacağını, beləliklə niyətinin ciddiliyini göstərəcəyini bildirən Skaparrotti, İtaliya və Almaniyada olmaq üzrə ABŞ-ın iki batalyonunun artıq Avropada olduğunu xatırladıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol