Menu

"Aİ Azərbaycan və Ermənistan arasında etibarın möhkəmləndirilməsinə yardım etməyə hazırdır" - Moqerini

16.05.2016, 23:27
"Aİ Azərbaycan və Ermənistan arasında etibarın möhkəmləndirilməsinə yardım etməyə hazırdır" - Moqerini

Avropa İttifaqının ali nümayəndəsi Vyanada Ermənistan prezidenti ilə görüşüb

Avropa Komissiyasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini Avstriyanın paytaxtı Vyanada Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin aprelin əvvəlində cəbhədə yaşanan gərginlik müzakirə olunub.

Moqerini Avropa İttifaqının ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini və münaqişə zonasında etibarın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin reallaşdırılması məsələsində yardım etməyə hazır olduğunu ifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol