Menu

İngiltərə millisinin "Avro-2016" üçün heyəti açıqlandı

16.05.2016, 23:37
İngiltərə millisinin "Avro-2016" üçün heyəti açıqlandı

İngilislər Rusiya, Uels və Slovakiya yığmaları ilə mübarizə aparacaq.

Fransada keçiriləcək "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanan İngiltərə millisinin heyəti açıqlanıb. ANS PRESS-in məlumatına görə, yığmanın baş məşqçisi Roy Hocson milliyə 26 futbolçu dəvət edib.

"Welbek İngiltərə millisinə kömək edə bilməyəcək"

Bu arada İngiltərə millisi şok itki ilə üzləşib. London "Arsenal"nın ulduz futbolçusu Denni Welbek sıradan çıxıb.

25 yaşlı oyunçu "Mançester Siti" ilə oyunda zədələnib və onun 9 ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib. Bu da o deməkdir ki, "AVRO-2016"nın final mərhələsində Uelbek İngiltərə millisinə kömək edə bilməyəcək.

Qapıçılar: Freyzer Forster ("Sauthempton"), Co Hart ("Mançester Siti"), Tom Xiton ("Bernli");

Müdafiəçilər: Rayan Bertran ("Sauthempton"), Qeri Keyhill ("Çelsi"), Nataniel Klyayn ("Liverpul"), Danni Rouz ("Tottenhem"), Kris Smollinq ("Mançester Yunayted"), Con Stouns ("Everton"), Kayl Uoker ("Tottenhem");

Yarımmüdafiəçilər: Dele Alli, Erik Dayer (hər ikisi - "Tottenhem"), Ross Barkli ("Everton"), Fabian Delf, Rahim Sterlinq (hər ikisi - "Mançester Siti"), Deniel Drinkuoter ("Lester"), Cordan Xenderson, Adam Lallana, Ceyms Milner (hamısı - "Liverpul"), Endros Taunsend ("Nyukasl"), Cek Uilşer ("Arsenal");

Hücumçular: Harri Keyn ("Tottenhem"), Markus Reşford, Ueyn Runi (hər ikisi - "Mançester Yunayted"), Deniel Starric ("Liverpul"), Ceymi Vardi ("Lester").

B qrupunda qərarlaşan İngiltərə millisi Rusiya, Uels və Slovakiya yığmaları ilə mübarizə aparacaq

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol