Menu

Erməni mərkəzi: Lələtəpədə 7, şimalda isə 14 hərbi mövqe itirilib

17.05.2016, 00:13
Erməni mərkəzi: Lələtəpədə 7, şimalda isə 14 hərbi mövqe itirilib

Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qanun layihəsi isə Ermənistan parlamentinin gündəliyinə daxil edilmədi

Parlamentin mayın 16-da keçirilən iclasında "Artsax Respublikasının tanınması haqqında" qanun layihəsinin gündəliyə daxil edilməsinə yalnız "Daşnaksutyun" və "İrs" fraksiyalarından olan deputatlar səs veriblər.

Hakim "Respublikaçılar Partiyası", "Ermənistan Milli Konqresi" və "Orinats yerkir" partiyalarının fraksiyaları ümumiyyətlə səsvermədə iştirak etməyiblər.

Bu məsələ həmin gün parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının iclasında da gərgin müzakirələrə səbəb olub. Ancaq komissiya bu qanun layihəsi ilə bağlı müsbət rəy verməyib.

Komissiyanın yalnız bir üzvü qanun layihəsinə müsbət rəy verilməsinin leyhinə, bir deputat da əleyhinə səs verib. Komissiyanın digər üzvləri ümumiyyətlə səsvermədə iştirak etməyiblər.

Sözügedən qanun layihəsində cəmi iki maddə var: "Ermənistan Respublikası Artsax Respublikasını tanıyır" və "Bu qanun layihəsi rəsmi qaydada dərc edildikdən bir gün sonra qüvvəyə minir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol