Menu

​WTI neftinin qiyməti 2015-ci ilin noyabrından bu yana ilk dəfə 48 dolları ötüb

17.05.2016, 09:08

635911980451448476-AP-OIL-GLOBAL-IMPACT-79354522Neftin dünya qiymətləri bazar ertəsi fəal şəkildə artmaqda davam edib.

"Report" xəbər verir ki, Nyu-York və Londonun əmtəə birjalarında keçirilən elektron hərraclar zamanı WTI markalı neftin qiyməti 2015-ci ilin 4 noyabr tarixindən bu yana ilk dəfə 1 barelə görə 48 dollar göstəricisini ötüb.

Yerli vaxtla saat 55:40-ə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qarışığının iyul fyuçerslərinin qiyməti 0,2% artaraq bir barel üçün 49,20 dollar təşkil edib.

WTI markalı neftin iyun fyuçerslərinin qiyməti 0,9% artaraq bir barelə görə 48,15 dollara bərabər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol