Menu

Zaxarova Avropa ilə məzələndi!

17.05.2016, 16:36
Zaxarova Avropa ilə məzələndi!

Xarici KİV-in məlumatına görə, Rusiya Federasiyası xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova builki «Avrovizion» mahnı müsabiqəsinin yekunlarından danşarkən deyib: «Gələnilki müsabiqədə Bəşər Əsəd haqqında mahnı oxunmasını təklif edərdim» («Exo Moskvı»).

Bununla, Zaxarova işarə vurub ki, müsabiqənin qalibi Camalanın finalda oxuduğu mahnı siyasi mahnıdır. Belə ki, Zaxarova «Avrovizion» iştirakçılarına ingilis dilində bir kuplet şeir «hədiyyə edib». Kupletin rus dilinə tərcüməsi belə səslənir: «Əsəd - əliqanlıdır, Əsəd - hamıdan pisdir. Bu müsabiqədə məni təltif edin ki... Növbəti müsabiqənin «ev sahibi» biz olaq...».

Xəbər verildiyi kimi, müsabiqənin final mərhələsində Camalanın ifa etdiyi mahnı Krım tatarlarının deportasiyasına həsr olunub. Bununla da dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılıb ki, tatarların 1944-cü il deportasiyasına görə Rusiya (rus şovinizmi) ən azı, mənəvi məsuliyyət daşıyır. Görünür, Zaxarovanı «ağrıdan» da elə budur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol