Menu

​"Arsenal" klubunun qapıçısı 4-cü dəfə "qızıl əlcəy"ə sahib çıxıb

18.05.2016, 09:56
​"Arsenal" klubunun qapıçısı 4-cü dəfə "qızıl əlcəy"ə sahib çıxıb

Petr Çex David De Xeanı qabaqlayıb

"Arsenal" klubunun qapıçısı Petr Çex karyerasında 4-cü dəfə futbol üzrə İngiltərə Premyer Liqasında "qızıl əlcəy"ə sahib çıxıb. "Report"un məlumatına görə, 34 yaşlı qapıçı cari mövsüm "quru oyunlar" seriyasını 16-ya çatdırıb.

Bu nəticə ilə o, "Mançester Yunayted"in qapıçısı David De Xeanı bir oyun qabaqlayıb. P.Çex mövsüm ərzində keçirdiyi 34 oyunda 31 qol buraxıb.

Qeyd edək ki, Petr Çex bundan əvvəl "Çelsi"nin heyətində 3 dəfə (2005, 2010 və 2014) "qızıl əlcək" qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol