Türkiyədə hakim AKP-nin önə sürdüyü və millət vəkillərinin toxunulmazlıqlarının aradan qaldırılmasını nəzərdə tutan sənəd parlamentdə səsverməyə çıxarılıb. Avropa.info xəbər verir ki, PKK-nın siyasi qolu HDP-nin terrorçulara açıq dəstək verməsi səbəbindən parlamentin müzakirəsinə verilmiş sənədin səsverməsi zamanı hər kəsi heyrətləndirən olay baş verib.
Belə ki, bir müddət öncə, toxunulmazlıqların aradan qaldırılması ilə bağlı AKP və MHP ilə birgə addım atan, hətta parlamentin komissiyalarındakı iclaslarda buna dəstək verən Kamal Klıcdaroğlunun rəhbərlik etdiyi CHP son anda PKK-nın siyasi qolu HDP-yə sahib çıxıb.
Başqa sözlə, CHP-dən olan millət vəkilləri HDP-çilərlə birlikdə toxunulmazlıqların aradan qaldırılmasının əleyhinə səs veriblər.
AKP və MHP-nin millət vəkillərinin birgə səsi nəticəsində 348 millət vəkili toxunulmazlıqların aradan qaldırılmasına səs verib. CHP və HDP-dən olan deputatlar isə 155 səslə toxunulmazlıqların aradan qaldırılmasının əleyhinə səs veriblər. Səsvermənin ikinci turu mayın 20-də keçiriləcək.
Qeyd edək ki, sənədin qəbulu üçün 367 səs t'l'b olunur.


Şərhlər