Menu

"Türkiyə dövlətinə savaş açılıb" - Əhməd Davudoğlu

27.03.2014, 21:16
"Türkiyə dövlətinə savaş açılıb" - Əhməd Davudoğlu

Türkiyə hökumət üzvləri Suriya ilə müharibə provokasiyası hazırlayıb? Türkiyədə bələdiyyə seçkilərinə 3 gün qalmış xarici işlər naziri Əhməd Davudoğlunun, xarici işlər nazirinin müşaviri Feridun Sinirlioğlunun, Milli İstihbarat Təşkilatının (MİT) məsləhətçisi Hakan Fidanın, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini ordu generalı Yaşar Gülərin Suriyadakı Süleyman Şah türbəsi ilə bağlı məsləhətləşmələrinin internetə yerləşdirilən səs yazısı ölkə gündəmini alt-üst edib. Olayların gedişində incə bir məqam da diqqətdən kənarda qalmır.

Prezident Abdullah Gül sözügedən toplantı bitəndən az sonra Hakan Fidanla görüşüb. Prezidentin saytı yazır ki, martın 26-da axşam saatlarında prezident Gül Silahlı Qüvvələrin baş qərargah rəisi Necdet Özel və MİT məsləhətçisi Hakan Fidanla görüşüb. Bu görüşün ardından dövlət başçısı xarici işlər nazirinin müşaviri Feridun Sinirlioğlunu qəbul edib. Ehtimal edilir ki, prezident Gülə 4 nəfərlik müzakirə haqqında bilgi verilib. Gül Sinirlioğlu ilə söhbətdə məhz detalları onunla dəqiqləşdirmək istəyib.

Musavat.com-un məlumatına görə, səs yazısının internetə yerləşdirilməsindən az sonra prezident Abdullah Gülün Milli Təhlükəsizlik Qurumunun toplantısını çağırdığı haqqında xəbərlər gəlib. Ancaq sonradan bu xəbərlərin doğru olmadığı ortaya çıxıb. Səs yazısı internetə yerləşdiriləndən təxminən 1 saat sonra isə Türkiyə daha bir şok yaşayıb - hökumət Youtube sosial şəbəkəsini də qapatmaq qərarı alıb. Bu son həftədə hökumətin sosial şəbəkələrə qadağalarla bağlı ikinci qərarıdır. Bir həftə öncə Türkiyədə Twitter yasaqlanmış, bu qərar beynəlxalq aləmdə Türkiyəyə qarşı ciddi təpkilərə yol açmışdı.

Türkiyə Xarici İşlər Nazirliyi isə səs yazısı ilə bağlı açıqlamasında bu fakı "Türkiyə dövlətinə savaş açılması" kimi dəyərləndirib. XİN bildirir ki, “dövlət rəsmilərinin söhbətlərinin yazılması və ictimaiyyətə təqdim edilməsi Türkiyənin beynəlxalq təhlükəsizliyinə yönələn alçaq bir hücum, cəsusluq fəaliyyəti, son dərəcə ağır bir suçdur. Bunu edən xəyanət şəbəkəsi dövlətimizin və millətimizn düşmənləridir”.

Türkiyə XİN-in açıqlamasında deyilir ki, yayılan səs yazısında müzakirənin bəzi bölümləri təhrif edilib. Ölkənin ərazisi sayılan Süleyman Şah Türbəsini mümkün terror hücumundan qorumaq məqsədilə aidiyyatı qurumlar arasında dəyərləndirmə aparılması təbii tədbirdir. Bu müzakirəni ictimailəşdirənlər dövlətin və millətin təhlükəsizliyinə zərəb vurublar və müəyyənləşdirilərək cəzalandırılacaqlar.

Açıqlamanın orijinalı:

"Genel olarak Suriye’deki çatışmaların ülkemiz için yarattığı risk ve tehditlerin değerlendirilmesi, bu tehditler karşısında alınabilecek tedbirlerin görüşülmesi, bu bağlamda da, Suriye içinde yer alan vatan toprağı Süleyman Şah Saygı Karakolu’na yönelik tehditlerin ele alınması amacıyla, ulusal güvenliğimizle ilgili konularda birinci derecede yetkili olan devlet görevlilerimizin katılımıyla gerçekleştirilen bir kriz yönetimi toplantısının ses kayıtlarının, bugün (27 Mart) internet üzerinden sosyal medya aracılığıyla bazı bölümleri tahrif edilerek yayınlandığı görülmüştür.

Bir takım terör unsurlarının tehdidi altındaki bir vatan toprağını gerektiğinde savunmak amacıyla ilgili kurumlar arasında değerlendirmeler yapılması devletin asli görevleri arasında olan doğal bir uygulamadır. Sözkonusu toplantıda, Türkiye’nin, herhangi bir saldırı karşısında Süleyman Şah Saygı Karakolu’nu savunma yönündeki iradesinin tam olduğu ve Süleyman Şah Saygı Karakolu’nun ve orada görevli personelimizin korunmasını ve emniyetini teminen, ihtiyaç duyulduğunda gereken adımların kararlılıkla atılacağı teyit edilmiştir.

Dışişleri Bakanı makamı gibi devletin en hassas güvenlik konularının ele alındığı bir mekanda gerçekleştirilen çok gizli mahiyetteki böyle bir toplantının izlenerek görüşmelerin kamuoyuna servis edilmesi Türkiye’nin ulusal güvenliğine yönelik alçakça bir saldırı, bir casusluk faaliyeti ve son derece ağır bir suçtur. Bu olay, ülkemizin karşı karşıya bulunduğu siber ve elektronik saldırı tehditlerinin boyutunu gözler önüne sermektedir. Bunu yapan ihanet şebekeleri devletimizin ve milletimizin düşmanlarıdır.

Devletimizin ve milletimizin güvenliğine yönelik bu saldırının faillerinin en kısa zamanda tespit edilerek ortaya çıkartılmaları ve adalete teslim edilerek yasalar çerçevesinde hak ettikleri en ağır cezaya çarptırılmaları sağlanacak; Türkiye Cumhuriyetini hedef alan bu haince saldırı mutlaka akamete uğratılacaktır."

Xarici işlər naziri Əhməd Davudoğlu bu hadisədə əli olan hər bir kəsin vətənə xəyanət etdiyini və cəzalandırılacağını söyləyib.

Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğanın Van və Diyarbəkirdəki seçkiqabağı mitinqlərində isə bunu "alçaqlıq, namusuzluq və dövlətə xəyanət" aslandırıb. Və bu xainliyi edənlərini sonuna çıxacaqlarını bəyan edib.

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol