Menu

Bakıda 3 nəfərə qarşı 470 min manatlıq dələduzluq edilib

18.05.2016, 11:58

1pul1Bakıda külli miqdarda dələduzluq faktı qeydə alınıb.

APA-nın məlumatına görə, Məzahir və Hamlet adlı şəxslər ev almaq adı ilə Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Natiq Nadir oğlu Məmmədovdan 100 min manat, Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Fariz Səxavət oğlu Qəribovdan 170 min manat və Ağsu rayon sakini, 1969-cu il təvəllüdlü Fuad Ədalət oğlu Həsənovdan 200 min manat alıb qaytarmamaları barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət daxil olub.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol