Menu

İki avtobus toqquşdu, arada qalan piyada öldü

18.05.2016, 12:27

avtobus qezaFaktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Bakı-Sumqayıt magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Ans press-ə verilən məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsində Sumqayıt şəhər sakinləri Tofiq Haqverdiyevin idarə etdiyi "Ford" və Zabil Əsədzadənin idarə etdiyi "Mitsubishi" markalı sərnişin avtobusları paytaxt istiqamətində hərəkətdə olarkən toqquşublar. Qəza nəticəsində Z.Əsədzadə idarəetməni itirdiyindən yolun kənarında avtobus gözləyən Abşeron rayon sakini 1967-ci il təvəllüdlü Minə Qardaşxan qızı Əmiraslanovanı vurub. 49 yaşlı qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə magistralın 21-ci kilometrliyində Saray polis postunun yaxınlığında qeydə alınıb.

Qəza zamanı heç bir avtobusun sürücüsü və sərnişini xəsarət almayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Azərbaycandə piyadanın ölümü ilə nəticələnən sonuncu belə fakt Bakıda qeydə alınıb. Bibi-Heybət qəsəbəsində Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Nicat Tariyel oğlu Cəfərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurub. Şəxsiyyəti istintaqla müəyyən edilməyən piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, ölən şəxs yaxınlıqdakı kafedən oğurluq edib qaçan zaman Nicat Cəfərov tərəfindən vurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol