Menu

"Bu, namussuzluqdur"- Әrdoğan "od püskürdü"

27.03.2014, 21:26
"Bu, namussuzluqdur"- Әrdoğan "od püskürdü"

Türkiyənin baş naziri Rəcəb Tayyip Әrdoğan Xarici İşlər Nazirliyində Suriya ilə bağlı dörd yüksək səviyyəli dövlət rəsmisinin məxfi müzakirəsinin səs yazısının yayılmasına münasibət bildirib. Әrdoğan Diyarbəkirdə keçirdiyi mitinqdə məsələyə toxunaraq bunu "namussuzluq" adlandırıb.

"Baxın, Xarici İşlər Nazirliyində milli təhlükəsizliyimizlə bağlı bir müzakirə aparılır. Və bu müzakirəni belə Youtube yerləşdirirlər. Bu əxlaqsızlıqdır, əskiklikdir, namussuzluqdur. Bunların axırına çıxacağıq. Daha nə olacaq? Bu qədər önəmli müzakirəni lentə alıb kimə servis yapırsan?" deyə Әrdoğan bildirib.

Bu arada Türkiyənin Teleradio Şurası (RTÜK) sözügedən səs yazısının yayılmasını adağan edən qərar verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol