Xarici KİV-in yaydığı məlumata görə, Meksikanın prezidenti Enrike Penya eynicinsli insanların izdivacını leqallaşdırmaq təklifi ilə çıxış edib («Exo Moskvı»).
Məlumata görə, prezident Enrike Penya hesab edir ki, bu addım Meksika cəmiyyətinin intibahında əhəmiyyətli addım olacaq.
Beynəlxalq Homofobiyaya qarşı mübarizə gününə həsr olunmuş təntənə zamanı Meksika prezidenti eynicinsli insanların kəbinə girməsini dəstəkləyən çıxış edib. Bundan başqa prezident Konstitusiyaya düzəlişi nəzərdə tutan təklif də imzalayıb. Təklifə əsasən, Ali məhkəmənin hər-hansı diskriminasiyaya yol verilmədən insanların izdivaca girməsinə icazə verən qərarı barədə yeni bənd Konstitusiyaya əlavə olunacaq.
AzPolitika.info


Şərhlər